"Zirə"nin Şüvələn tapmacası: "Kimdi o boyda bazanı verən?"

"Bazamızı Şüvəlana köçürməsiylə bağlı bir müddət əvvəl iki klub rəhbərliyi arasında razılaşma əldə olunub. Mən bu razılaşmanın detalları barədə müfəssəl məlumata malik deyil. Yəqin ki, İslamiadadan sonra bütün məsələlərə aydınlıq gələr" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu deyib.

 

O, fəaliyyətini dayandıran AZAL-a məxsus Şüvəlandakı baza və stadionun "Zirə"nin balansına veriləcəyi ilə bağlı yayılan məlumatları təkzib edir: O boyda bazanı kim kimə verər? Bildiyim odu ki, komandamız burdakı infrastrukturdan istifadə eləyəcək.

 

Düzdü, Zirədə də şərait yaxşıdı, qalmağa və məşq eləməyə yer var. Sadəcə, Şüvəlanda sauna, otel və komanda üçün zəruri başqa şeylər var, "Şüvəlan" da burdan istifadə edəcək. İki komandanın eyni yerdə hazırlıq keçməsi problem olmamalıdı. Çünki biz məşqlərimizi Şüvəlanda edib, ev oyunlarını yenə Zirədə keçirəcəyik". 

Tarix: 19 May 20:36    Oxunub: 443    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.