"Neftçi"yə legioner gətirmək fikrimiz yoxdu" - DİREKTOR

Futzal üzrə ölkə kubokunu qazanan "Neftçi" İdman Klubunun direktoru Ruslan Hüseynov Sportinfo.az-a müsahibə verib:


- Ümumi götürəndə, mövsümü bizim üçün uğurlu saya bilərik. Çempionatı ikinci yeri tutduq, ölkə kubokunu qazandıq. Heç biri asan olmadı. Bizə yaratdıqları şəraitə görə klubun rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Federasiyaya, məşqçi və oyunçularımıza da vaytınız vasitəsilə öz təşəkkürümü çatdırmaq istəyirəm. 


"Baku Fire" ilə final görüşü çox çətin keçdi. Kuboku qazanacağınızı gözləyirdiz?
- Açığı, gözləyirdik. Komandanın qarşısına qoyduğumuz məqsəd elə bu ili. Çətin yol keçdik. Yarımfinalda "Araz"la qarşılaşdıq, Allazın köməyi ilə onlara qalib gəldik. Final göz qabağındadı. Həmişəkimi kimi gərgin keçdi. Təbrik edirəm uşaqları! 


Bu qələbəyə görə komanda üzvlərinə mükafat veriləcək?
- Bunlar bizim daxili işimizdi. Bizdən inciməyin, mükafat barədə mətbuata açıqlama verə bilmərəm.


"Araz" ölkənin futzal həyatında hegemonluq edir. Növbəti mövsüm üçün nə düşünürsüz, "Araz"ı taxtdan sala biləcəksiz?
- Klubumuz 2008-ci ildə yaranıb və çempionatda iştirak etdiyimiz ilk mövsümdən etibarən arzu etmişik ki, birinci yeri tutaq. "Araz"ın dünya reytinqini özünüz bilirsiz. Birinci "10-luq"dadı onlar. "Araz"ın legioneri olmasa, onlarla başa mübarizə apara bilərik. Belə çox çətin rəqibdi. İnşallah, işləyirik, çalışırıq. 


Olmaz ki, "Neftçi" də "Araz" kimi üstünlüyü legioqerlərə versin?
- Millinin və "Araz"ın heyətinə baxsaz, orda "Neftçi"dən çıxmış bir neçə nəfəri görə bilərsiz. Bizim ikinci komandamız da fəaliyyət göstərib. Əbdülqəni Nurmməmmədovun əziyyətlə yetişdirdiyi gənclər gəlib bu səviyyəyə çatıblar. Ad da çəkə bilərəm. Rövşən Hüseynli, Xətai Bağırov və başqaları. "Neftçi"nin yetirmələri "Ekol" kimi başqa komandaların da şərəfini qoruyur indi.


Strategiyada bir dəyişiklik gözlənilmir?
- Klub olaraq istədiyimiz və çalışdığımız odu ki, milliyə uşaq verək. Birinci məqsəd budu. Əlbəttə, biz də istəyirik ki, mötəbər turnirlərdə Azərbaycanı təmsil edək. Bunun üçün legionerlərin dəvət olunması mütləqdi. Bu gün deyə bilmərəm ki, gələn mövsüm cənəbilərin xidmətindən istifadə edəcəyik. Əvvəlki illərdə legionerlərimiz də olub. "Araz"la "qızıl oyun"adək gedib çıxmışıq. 


Belə başa düşdüm ki, hələ növbəti mövsümün planlarını cızmamısız.
- Çempionat yeni başa çatıb. Bu dəqiqə üçün məqsəd yoxdu ki, bura mütləq əcnəbi gəlməlidi. 


"Neftçi" İdman Klubu əsasən fərdi növlərdə böyük uğurlar qazanır. Bəs biz bunu komanda növlərində nə vaxt görəcəyik?
- Mənim də ən böyük arzularımdan biri budu. "Neftçi"nin nəzdində 36 növ fəaliyyət göstərir. Həm olimpiya, həm paralimpiya. İdman Nazirliyinin hesabatlarından görmək olur ki,  "Neftçi" artıq neçə ildi medal sayında liderdi. İstər ölkədaxili, istərsə də beynəlxalq yarışlarda qazandığı medalların sayına görə. Mənim də arzumdu ki, "Neftçi" çempion olsun, Çempionlar Liqasında iştirak etsin.

Tarix: 19 May 19:48    Oxunub: 1035    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.