"Buna əmin olun, Premyer Liqaya çempion kimi qayıdacaq"

Bir müddət əvvəl mətbuatda MOİK-in futbol komandasının fəaliyyətini dayandıra biləcəyi ilə bağlı məlumat yayılmışdı. Sportinfo.az xəbər verir ki, 2016/17 mövsümü başa çatandan sonra digər komandalar kimi "kölgəyə çəkilən" hərbçilər"in düşərgəsindəki son durum, ümumiyyətlə, komandanın aqibətinin necə olacağı barədə baş məqşçisi Ramil Əliyev açıqlama verib.

 

Gənc mütəxəssis yeni mövsümlə bağlı inamlı danışıb: "MOİK futbol klubu 1961-ci ildən mövcuddur və mövcudluğunu davam etdirəcək. Biz Ordunun 90 illiyində Premyer Liqaya vəsiqə qazanmışdıq. Ordunun 100 illiyində isə Premyer Liqaya çempion olaraq vəsiqə qazanacağıq. Buna əmin ola bilərsiniz".

 

MOİK 1961-ci ildə Bakı şəhərində yaradılıb. 1990-cı ilə qədər SSRİ Müdafiə Nazirliyinin himayəsində olub, 1993-cü ildən isə Azərbaycan Müdafiə Nazirliyinin tabeliyinə keçib.Azərbaycanda Silahlı Qüvvələr günü iyunun 26-da qeyd edilir. Bu tarix öz başlanğıcını 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının iyunun 26-da ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılması barədə qərarından götürür. 

Tarix: 19 May 19:00    Oxunub: 876    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.