"Sumqayıt" bu klubun yolu ilə gedəcək - Baş menecer açıqladı

"Bizə legioner götürməyə icazə verilmir. Hələlik bu qadağa qalmaqdadı və nə vaxt ortadan qalxacağını özümüz də bilmirik. Ona görə də bu klubla oyunçu alış-verişinə getməyimiz mümkün deyil" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov deyib.


Xəbər verdiyimiz kimi, "Sumqayıt"ın baş məşqçisi Samir Abasovla, akademiyanın koordinatorları Baba Əsgərov və Sabir Əliyev Zaqreb "Dinamo"suna yollanıb.  Dünən məşqçilər Xorvatiya klubunun məşqini izləyib. Abasov təcrübə toplamaq məqsədi ilə həmkarı, adıçəkilən klubun çalışdırıcısı İvaylo Petevlə görüşüb və onun iş sistemi ilə yaxından maraqlanıb. 

 

Daha sonra "Dinamo"nun akademiyasının rəhbəri İvo Şuşakın qonağı olub. Görüş zamanı mütəxəssislər akademiyanın ümumi sistemi və aşağı yaş komandalarının strukturu ilə bağlı bilgilər əldə edib. C.Sultanovun birdirdiyinə görə, "Sumqayıt"ın məqsədi "Dinamo"nun təcrübəsini öyrənmək və onu Azərbaycanda tətbiq etməkdi:

 

"Dinamo" Xorvatiyanın ən çox futbolçu yetişdirən və Avropaya satan klubudu. Bu sahə üzrə böyük təcrübələri və praktikaları var. Onlardan çox şey öyrənə bilərik. Məşqçilərimizi Zaqrebə göndərmişik ki, onların iş metoduyla yaxından tanış olsun, akademiyanın fəaliyyətini necə və hansı prinsiplər üzərində qurmasını dəqiqləşdirsin. Çünki biz də gələcəkdə Azərbaycanın Avropaya ən çox futbolçu göndərən klubu olmaq istəyirik".

Tarix: 19 May 18:48    Oxunub: 538    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 İyun 2017
26 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.