O, ya evini və Avroliqanı seçməli, ya da qazax pullarını

Nika Kvekveskirini “Qəbələ” ilə yeni müqavilə imzalamağa qoymayan klubun adı bəllidi. Elxan Abdullayevin “Neftçi”yə, "İnter"dən tanıdığımız Kaxaber Sxadadzenin “Kayrat”a aparmaq istədiyi yarımmüdafiəçiyə daha bir müştəri çıxıb.

 

Həmyerlisi Omari Tetradzenin çalışdırdığı “Tobol”dan təklif alan orta sahə oyunçu illik 200 min dollardan (təxminən 340 min manat) gözünü çəkə bilmir. Axı, bu, onun “Qəbələ”də aldığı pulan 1,5 dəfə çoxdu. Əslində Gürcüstan millisinin yarımmüdafiəçisi üçün Qəbələ təmsilçisində oynamaq daha əlverişlidi. Azərbaycanın bu bölgəsindən tez-tez Gürcüstana gedə bilən futbolçu böyük maaş fərqinə göz yuma bilmir. 

 

Kvekveskiri ona yeni müqavilə təklif edən "Qəbələ" rəhbərliyindən 2 gün vaxt alıb. Bu müddət sabah bitir. Nikanı bir yandan Qazaxıstan klublarının vəd etdiyi pul şirnikləndirirsə, digər yandan "Qəbələ" ilə avrokuboklarda iştirak arzusu onu seçim qarşısında qoyub. "Qırmızı-qaralar" gürcü legionerin maaşını artırmağın əleyhinə deyil, sadəcə, bu məbdəğ Qaraqum çöllərindən gələn təkliflərlə müqayisədə yenə azdı (Sportinfo.az). 

Tarix: 19 May 18:12    Oxunub: 632    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.