"Dstlarıma "o, mənə zəng etmişdi" deyəndə, mənə inanmadılar"

Fransa millisinin üzvü Rafael Varan hazırda çıxış etdiyi "Real"dan təklif aldığı günü xatırlayıb. Sportinfo.az xəbər verir ki, gənc müdafiəçi "Lans"da çıxış edən zaman həmin vaxt "Real"ın idman direktoru vəzifəsində çalışan Zinəddin Zidanın zənginə inanılmaz cavab verdiyini açıqlayıb:
 
"Kimin zəng etdiyini bilmirdim. Zəng edən şəxs Zinəddin Zidan olduğunu dedi. Dediklərini dinləyəndən sonra əmin oldum ki, həqiqətən də zəng edən əfsanəvi Zidandır. Mənə deyəcəklərini dedi və bu məsələni sonra danışmaq lazım olduğunu bildirdim.

 

Ali məktəbə hazırlaşdığım üçün dəstəyi asmağa məcbur idim. Sonra bu məsələ haqda dostlarıma danışdım. "Zidan zəng etmişdi, "Real"a dəvət etdi" - deyəndə, inanmadılar. Mənim ona rədd cavabı verdiyimi eşitdikdən sonra uzun müddət mənimlə danışmadılar".

Tarix: 19 May 17:48    Oxunub: 164    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.