Almaniya klubu ilə müqavilə imzaladı - Millimizin hücumçusu

Renat Dadaşov "Ayntraxt" ilə yeni müqavilə imzalayaıb. Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Frankfurt təmsilçisinin rəsmi saytı yayıb. Yanvar ayında "Leypsiz"dən transfer edilən gənc forvardla müqavilənin müddəti 2020-ci ilin iyununa qədər uzadılıb.
 
Millimizin yeni üzvü bundan sonra "Ayntraxt"ın əsas komandasına cəlb olunacaq. Klubun futbol direktoru Fredi Bobik həmyerlimizə böyük ümidlər bəslədiyini bildirib: “Biz hesab edirik ki, onun böyük potensialı var. Dadaşovun bütün müsbət cəhətlərini inkişaf etdirmək istəyirik”.
 
Futbolçu özü də peşəkar müqavilə ilə bağlı təəssüratlarını bölüşüb: “Çox sevinirəm ki, “Ayntraxt”da peşəkar karyeraya başlayıram. Bunun üçün klub rəhbərliyinə, ailəmə, dostlarıma və yaxınlarıma təşəkkür edirəm. Çünki onlar mənə hər zaman dəstək verirlər”.

Tarix: 19 May 17:24    Oxunub: 381    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.