“Qalatasaray” Sneyderlə yollarını bu yay ayıracaq

“Qalatasaray” rəhbərliyi komandanın hollandiyalı futbolçusu Uesli Sneyderin klubdakı gələcək taleyilə bağlı qərar verib. Sportinfo.az xəbər verir ki, “sarı-qırmızılar”ın rəhbərliyi mövsümün sonunda 32 yaşlı futbolçuyla yollarını ayıracaq. Buna əsas səbəb kimi hollandiyalı yarımmüdafiəçinin yüksək maaş alması göstərilib.

 

Belə ki, ilinə təxminən 5 milyon avro maaş alan Sneyder “Qalatasaray”ın ən çox qazanan futbolçularındandı. Yarımmüdafiəçinin İstanbul klubuyla müqavilə müddəti gələn ilin yayında bitəcək. Sneyder 2013-cü ildən “cim-bom”un şərəfini qoruyur.

Tarix: 19 May 17:00    Oxunub: 161    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Avqust 2017
20 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.