Şəmkirin İcra Hakimiyyəti ilə klub prezidenti arasında narazılıq

Şəmkir İcra Hakimiyyəti ilə rayonun eyniadlı klubunun prezidenti Elvin Səfərli arasında gərginlik yaranıb. Sportinfo.az-ın məlumatına görə, şəhər rəhbərliyi 30 yaşlı iş adamının komandaya barmaqarası yanaşmasından hiddətlənib.

 

Üç aya yaxındı maaş almayan futbolçular şikayətlərini həm onlara, həm də AFFA-ya çatdırıb, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin qəbuluna gedib. Bunlar isə sözsüz, Şəmkir kimi idmanın inkişafına xüsusi diqqət göstərilən rayonun rəsmi dairlərini narahat etməyə bilməz.


İki həftə öncə İcra Hakimiyyətinin rəsmi "feysbuk" səhifəsində bir xəbər yerləşdirilib. "Gözlədiyimiz gün gəlib yetişdi" başlığılı ilə verilən informasiyada bildirilirdi ki, "Şəmkir" 2005-ci ildən sonra ilk dəfə Premyer Liqada çıxış edəcək.

 

AFFA-nın Lisenziyalaşdırma Qrupu elita iştirakçılarının adlarını açıqlayınca, bilindi ki, "Şəmkir" ümumiyyətlə, federasiyaya müraciət etməyib. komandanın liqaya buraxılacağı haqda məlumatı isə sən demə, hörmətli Elvin bəyin özü rayon rəhbərliyinə verib, bu xəbəri müavinlər vasitəsilə başçı Alimpaşa Məmmədova çatdırılmasına nail olub.

 

Tarix: 19 May 16:24    Oxunub: 494    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.