Vidadi Rzayev Şahin Diniyevin köməkçisidi - Allahverdiyevin yerinə

“Kəpəz”in məşqçilər korpusunda yeni təyinat olub. Sportinfo.az xəbər verir ki, Gəncə klubunun U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O, məşqçilik lisenziyası ala bilməyən Füzuli Allahverdiyevin əvəzinə baş məşqçinin köməkçisi olacaq.

 

A kateqoriyasına malik Rzayev ilə 1 il müddətinə müqavilə bağlanacaq. Vaxtilə futbolçu, karyerasını başa vurduqdan sonra isə məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib.

Tarix: 19 May 15:24    Oxunub: 190    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 İyun 2017
26 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.