Kriştiano Ronaldodan onlara “çamadan və pul” atmacası - FOTO

İspaniya La Liqasının 21-ci turundan təxirə salınmış oyunda “Real” səfərdə “Selta”nı 4:1 hesabıyla darmadağın edərək, çempionluğa bir addım da yaxınlaşdı. Böyükhesablı qələbəyə rəğmən, “kral klubu” matçın ilk dəqiqələrində çətinliklə üzləşib.

 

Sportinfo.az xəbər verir ki, məhz bu dəqiqələrdə Madrid təmsilçisinin hücumçusu Kriştiano Ronaldo maraqlı bir hərəkətlə diqqət mərkəzinə düşüb. Belə ki, portuqaliyalı ulduz “Selta”lı futbolçulara əvvəlcə çamadan, sonra isə pul işarəsi göstərib.

 

Ronaldonun bu hərəkətlə Viqo təmsilçisinin üzvlərinin onlarla oyun üçün “Real”ın çempionluq uğrunda mübarizə apardığı əzəli rəqibi “Barselona”dan pul aldıqlarına işarə etdiyi güman olunur. Oyun “Real”ın 4:1 hesablı qələbəsiylə nəticələnib. Ronaldo komandasının qələbəsinə 2 qolla töhfə verib.

Tarix: 19 May 15:12    Oxunub: 171    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Oktyabr 2017
19 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.