Məşhur klubun futbolçularını aparan təyyarə təcili eniş etdi

Braziliyanın “Şapekoense” klubunun üzvlərinin də yer aldığı təyyarə təcili eniş edib. Sportinfo.az xəbər verir ki, hadisə mayın 18-də Braziliya təmsilçisi Argentinadan geri dönərkən baş verib. Libertadores Kubokunun V turu çərçivəsində “Lanus” üzərində 2:1 hesablı qələbədən sonra vətənə qayıdan futbolçuların yer aldığı təyyarəni Şapeko hava limanı qəbul edə bilməyib.

 

Nəticədə hava gəmisi Portu-Aleqriyə təcili eniş etmək məcburiyyətində qalıb. Təhlükəsizlik tədbirləri ilə əlaqədar “Şapekoense” üzvləri oradan təmsil olunduqları şəhərə avtobusla yola düşüblər. 2016-cı il noyabrın 29-da Cənubi Amerika Kubokunun final görüşü üçün səfərə yollanan “Şapekoense” üzvlərinin də göyərtəsində olduğu təyyarə Kolumbiyanın Medelyin şəhərində qəzaya uğrayıb.

 

Qəza nəticəsində komandanın 23 futbolçusu və məşqçiləri dünyasını dəyişib. Həyatını itirənlərdən Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, "İnter" və "Xəzər Lənkəran"da çıxış ediblər. Qəza zamanı ümumilikdə 77 nəfərdən cəmi 6-sı sağ qalıb. Onlardan 3-ü futbolçu olub.  

Tarix: 19 May 14:36    Oxunub: 133    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.