İslamiada: Azərbaycan stolüstü tennisçisi Jinq Ninq finala yüksəldi

Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın stolüstü tennisçilər yarımfinal görüşlərinə çıxıblar. Sportinfo.az xəbər verir ki, Jinq Ninq iranlı Neda Şahsavari ilə üz-üzə gəlib. 22 dəqiqəlik qarşılaşmanın sonunda Ninq 4:1 hesabı ilə qalib gələrək, finala yüksəlib. O, 5 geymlik mübarizənin yalnız 3-cüsündə uduzub - 11:5, 12:10, 9:11, 11:4, 11:3.


Azərbaycan təmsilçisinin finaldakı rəqibi türkiyəli Melek Hu olacaq. Hu yarımfinalda Azərbaycanın daha bir stolüstü tennisçisi Miao Vanqı yenib - 4:1 (11:1, 11:7, 9:11, 11:6, 14:12). Bu gün saat 16:00-da Vanq Şahsavari ilə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcək. Saat 17:00-da isə Ninq Hu ilə finalda qarşılaşacaq. Bu, Azərbaycanın nüfuzlu yarışlarda ilk böyük nailiyyətidi.

Tarix: 19 May 14:24    Oxunub: 44    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.