"Neftçi"nin açığını çıxdı - VİDEO

“Turan"ın sabiq baş məşqçisi Naci Şensoy Makedoniyada ilk titulunu qazanıb. Sportinfo.az xəbər verir ki, 59 yaşlı türkiyəli mütəxəssisin keçən ildən baş məşqçisi olduğu “Poliester” ölkə kubokunun qalibi olub.

 

Həlledici oyunda "Neftçi"ni ötən yay Avropa Liqasından kənarlaşdıran “Şkendiya” ilə qarşılaşan “Poliester” penaltilərlə 4:3 hesabı ilə qalib gələrək kuboku qazanıb.

 

Bununla da Şensoyun komandası vəsiqə qazandığı Avropa Liqasında klublarımıza potensial rəqib olub. Şensoy futbolumuzda çalışan ilk əcnəbi mütəxəssis kimi tarixə düşüb. O. 3 müxtəlif illərdə - 2001-02, 204-2005 və 2012-ci ildə Tovuz klubunun baş məşqçisi olub.

 

Tarix: 19 May 12:12    Oxunub: 172    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.