"Qarabağ"ın tanışına məğlubiyyətə görə pul təklif etdilər

İsveç Futbol Federasiyası bu gün İsveç Liqasının 9-cu turunda keçiriləsi planlaşdırılan “Göteborq” – AİK matçını təxirə salıb. Sportinfo.az xəbər verir ki, Federasiyanın rəsmi saytından edilən açıqlamaya görə, AİK-in futbolçularından biri komanda üzvlərinə “Göteborq”a uduzmalarına külli miqdarda pul təklif edildiyini bildirib.

 

Məlumatdan sonra federasiya oyunu təxirə salıb. İsveç Futbol Federasiyasının baş katibi Hakan Syörtsand bunları bildirib: “Bu, İsveç futbolunu ləkələmək üçün atılmış addımdır. Bunu qəbul edə bilmərik. Əlimizdəki məlumatlara görə “Göteborq” – AİK matçının təmiz keçəcəyini qaranti verə bilməzdik. Bu səbəbdən oyunu təxirə saldıq”.

Tarix: 19 May 12:00    Oxunub: 223    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 İyun 2017
26 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.