"O, mənə məğlub oldu və bununla barışmadığı üçün etiraz etdi"

"Qələbəmi yaxınlarıma dostlarıma, əsasən də valideynlərinə həsr edirəm" - Sportinfo.az xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının Yunan-roma güləşi üzrə 85 kq çəki dərəcəsində qızıl medal mükafatçısı İslam Abbasov deyib.


İ.Abbasovun sözlərinə görə, İslamiada onun üçün 2020-ci il Olimpiadasına tramplindir: "Hamı istəyir ki, Olimpiya çempionu olum. Dünya çempionu olmaq asandır, amma onu qoruyub saxlama çətindir. Çünki rəqiblərin səni axtarır-araşdırır".

 

O, türkiyəli idmançının finalda etirazına da aydınlıq gətirib: "Türk idmançı ilə 7-ci dəfə görüşürdük və cəmi 1 dəfə qalib gəlib. Ona görə bir-birimizi yaxşı tanıyırdıq. Hakimin mənə xal verməsinə gəlincə, oyun obyektiv keçdi. Sadəcə, o məğlub oldu və məğlubiyyətlə barışmadığı üçün etiraz etdi".

Tarix: 19 May 11:48    Oxunub: 149    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.