Hollandiya yüksək liqasında yarışan klubların rəhbərliyi və futbolçuları süni qazonlarda oynamaqdan imtina edirlər. Sportinfo.az xəbər verir ki, 12 klub oyunların süni qazonda keçirilməsinə qarşısıdır.
Bununla bağlı “Feyenord”, “Ayaks”, PSV, “Herenven”, “AZ Alkmaar”, “Utrext”, “Qou Ehed İqlz”, “Qroningen”, “NEK”, “Vitess”, “Villem II” və “Tvente”nin nümayəndələri manifestə imza atıblar.
Yalnız “Herakl”, “Zvolle”, “Ekselsior”, “Den Haaq”, “Roda” və “Sparta”nın nümayəndələri sözügedən sənədə imza atmaqdan boyun qaçırıblar. Bu da həmin 6 klubun süni qazonda çıxış etməsi ilə əlaqədardı.