"Gəl, imzanı at" - Türkiyə klubundan millimizin müdafiəçisinə

“Manisaspor” Azərbaycan yığmasının keçmiş üzvü Ufuk Budakla əməkdaşlığı davam etdirmək niyyətindədi. Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” qışda “Kayserispor”dan transfer etdikləri müdafiəçiyə yeni sözləşmə təklifi irəli sürüblər.
 
Hazırkı klubunda qısa zamanda azarkeşlərin sevimlisinə çevrilən Ufukun “Manisaspor”la sözləşməsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. 27 yaşlı futbolçunun çıxışından razı olan rəhbərlik onunla yeni müqavilə imzalamaq arzusundadı.
 
Budakla danışıqları birbaşa klubun prezidenti Abdullah Mergen aparır. O. meydana çıxdığı 13 oyunda aktivinə 1 qol yazdırıb. Uzun müddətdi Azərbaycan millisinə dəvət almayan Ufuk Budak bu vaxta qədər yığmamızın heyətində 17 oyunda iştirak edib.

Tarix: 19 May 11:00    Oxunub: 668    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Oktyabr 2017
19 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.