"Mən çətin vəziyyətdə olan zaman yalan xəbərlər yayırdılar"

“Fənərbağça”nın hollandiyalı futbolçusu Qreqori Van Der Vilin Türkiyə polisinə müraciət edərək, dələduzluğa məruz qalması barədə məlumat vermişdik. 4,5 milyon avro dəyərində pulunun mənimsənildiyini deyən futbolçu, Ümit Akbulutdan şikayətçi olmuşdu. Bundan sonra Akbulut polis tərəfindən həbs edilmişdi.

 

Sportinfo.az xəbər verir ki, ittiham olunan şəxs dindirildikdən sonra azadlığa buraxılıb. Akbulut azadlığa çıxdıqdan sonra Türkiyə mətbuatına açıqlama verib: “Bu oyunun pozulmasına kömək edən və sonadək arxamda olan bütün dostlarıma təşəkkür edirəm. Onsuz da açıqlama verib, bunların hamısının yalan olduğunu demişdim.

 

Çox şükür, həqiqət ortaya çıxdı. Dövlətimizə inamımız həmişə tamdı, haqq-ədalət öz yerini tapdı. Mən çətin vəziyyətdə olan zaman yalan xəbərlər yayırdılar. Həmin xəbərlərdə Mario Qomesin adı çəkilir. Onunla ümumiyyətlə, tanışlığım yoxdu. Heç vaxt söhbət belə, etməmişik. Amrabatla isə yaxın dostluğumuz var. Necə bu cür xəbərlər yazırlar, anlamıram. Çox şükür, həqiqət ortaya çıxdı”.

Tarix: 19 May 10:24    Oxunub: 148    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.