"Qəbələ", "Səbail" və "İnter"dən təklif aldı, "Neftçi"ni seçdi

13 il AZAL-da çalışan, bu müddətdə rəsmi vəzifəsi mətbuat xidmətinə cavabdehlik olsa da, klubun hər işini görən Eldəniz Yusifov bundan sonra "Neftçi"də çalışacaq. Sportinfo.az-ın məlumatına görə, "Qəbələ", "Səbail" və "İnter"dən təklif al an təcrübəli funksioner "ağ-qaralar"a üstünlük verib. 


O, "Neftçi"də klub komandalarının baş inzibatçısı İslam Abbasovun köməkçisi vəzifəsini yerinə yetirəcək. Yusifovun "Neftçi"ni seçməsi təbiidi. Köhnə tanışları hamılıqla burda toplaşıb. İcraçı direktor Orxan Hüseynzadə, menecer Kamil Məmmədov və baş məşqçi Elxan Abdullayevlə AZAL-da çalışıb. 

Tarix: 19 May 10:12    Oxunub: 1052    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.