"Mənə yaxşı təklif irəli sürdülər, gələcək planlardan söhbət etdik"

Türkiyə kubokunun yarımfinal mərhələsində “Fənərbağça” üzərində qazanılan qələbədən sonra “Başakşəhər”in hücumçusu Emmanuel Adebayor açıqlama verib. Sportinfo.az xəbər verir ki, toqolu ulduzun maraqlı etiraf edib: 

 

“Dürüst olmaq yaxşı şeydi. Mən bir neçə ay əvvəl “Başakşəhər” adlı klubun varlığı haqda məlumatlı deyildim. Afrika Millətlər Kubokunda olanda mənə təklif etdilər və Türkiyəyə gedərək yenidən Avropada oynaya biləcəyimi düşündüm.

 

Mənə yaxşı təkliflər etdilər və gələcək planlardan söhbət etdik. Super Liqada çempionluq uğrunda yarışırıq. Təbii ki, uğurlarımızda mənim də payım var. Qol vururam, assist edirəm”.

Tarix: 19 May 09:48    Oxunub: 198    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.