Hakimi aldadan futbolçular, özünüzü yığışdırın, sizi "sındıracaqlar"

İngiltərə Futbol Federasiyası simulyasiya edən oyunçularla bağlı maraqlı qərar qəbul edib. Sportinfo.az xəbər verir ki, federasiya növbəti mövsümdən etibarən hakimi aldadan futbolçulara cəzanı bir az da sərtləşdirə bilər.

 

Belə ki, federasiyadan edilən açıqlamada hətta futbolçuların bu cür hərəkəti oyunun hakimlərinin diqqətindən yayınsa belə, matçdan sonra sabiq futbolçu, hakim və məşqçilərdən ibarət qrupun rəyi əsasında həmin oyunçulara cəza tətbiq edilə biləcəyi qeyd edilib. Bu cəzanın isə 2 oyunluq olacağı gözlənilir. Federasiya bu qərarla oyunçuları simulyasiyadan yayındırmağı planlaşdırır.

Tarix: 19 May 09:36    Oxunub: 117    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.