"Məsələni şişirtməyin, buna görə onu məzəmmət etmək olmaz"

"Rəsul Çunayev adlı-sanlı idmançıdır. Onunla bağlı bağlı məsələni şişirtmək lazım deyil. Bu hər bir şəxsin karyerasında ola bilər" - Sportinfo.az xəbər verir ki, bunu İslamiadada yunan-Roma güləşi üzrə bürünc medal qazanan Rəsul Çunayev haqqında fikirlərini bölüşən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib.


O bildirib ki, R.Çunayevlə bağlı məsələni şişirtmək lazım deyil: "Hərə bir söz dedi. Biri dedi, saymamazlıq elədi, biri dedi nəsə göstərmək istədi. Bu, idmanda olur. Xüsusən də, güləşdə. Beş xal həm çoxdur, həm də azdır. Gəldi 6:5 hesabı ilə uduzdu. İnanıram ki, Rəsulun parlaq qələbələri hələ qabaqdadır. Mənə elə gəlir ki, bu oyunlarda Rəsul qədər birinci yerə çıxmaq istəyən ikinci bir adam yoxdur.

 

Amma istəməklə heç də olmur. Reallıq budur ki, bu gün Rəsul İslam Oyunlarını üçüncü yerdə başa vurdu. Bunu da bir faciəyə çevirmək lazım deyil. O, bugünkü mübarizədən ibrət götürməlidir və gələcək yarışlarda bunları nəzərə almalıdır. Hər bir mənada bu qələbə hamıdan çox onun özünə lazım idi. Amma düşünürəm ki, bu nəticəyə görə onu məzəmmət etmək olmaz".

Tarix: 19 May 08:36    Oxunub: 220    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

12 Dekabr 2017
11 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.