"Milan" İtaliyada "Qəbələ" ilə...

“Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Sportinfo.az xəbər verir ki, Ülfət Mədətovun baş məşqçisi olduğu U-13 İtaliyanın Rimini şəhərində təşkil edilən Flavio Perottinin xatirəsinə həsr olunan 14-cü turnirdə qüvvəsini sınayacaq.

 

Mayın 18-22-də baş tutacaq yarışda 24 komanda mübarizə aparacaq. 1-ci mərhələdə A qrupunda yer alan “qırmızı-qaralar” mayın 19-da “Milan”, ardınca “Spal 2013” ilə qarşılaşacaq. “Qəbələ” ertəsi gün “Kapilan Pallo” ilə görüşəcək. "Qırmızı-qaralar"ın növbəti mərhələdəki rəqibləri isə qrupda tutacağı yerdən asılı olacaq.

 

“Qəbələ” Apennin yarımadasına 18 futbolçu ilə yollanıb. Heyətdə Heybət Vəliyev, Emil Umarov, Azər Məmmədhəsənzadə, Səid Ağazadə, İxtiyar Mamıyev, Fuad Əhmədov, İbrahim Ramazanov, Emil Süleymanov, Sərxan Mirzəzadə, Elmir Qələndərov, Sahil Həsənov, Nuqay Rəşidov, Qədir Mustafayev, Elmir Hüseynli, Fərid Kələntərov, Kamil Nəzərli, Namiq Şamilov və Tofiq Bayramov yer alıb.

Tarix: 19 May 08:24    Oxunub: 201    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.