"Bizə 900 min avro verməsəz, onda uşaqlarınızı öldürəcəyik”

Ünlü pilot Mixael Şumaxerin həyat yoldaşı şantaj və təhdidə məruz qalıb. Sportinfo.az xəbər verir ki, Şumaxerin həyat yoldaşı Korinna Şumaxer 2016-cı ilin fevralında naməlum şəxsdən məktub alıb. Məktubda belə yazılıb: “900 min avro verməlisiz. Pul martın 31-nə qədər bizə çatmasa, onda uşaqlarınızı öldürəcəyik”.

 

Korinna polisə müraciət edib. Polis təhdidçini elektron ünvanda olan bank hesabı sayəsində həbs edib. 25 yaşlı şəxs günahını boynuna alıb. Onu uzunmüddətli həbs cəzası gözləyir. Şumaxer 2013-cü ilin dekabrında dağda xizək sürərkən ağır zədə alıb. O, hazırda bərpa prosesi keçirir.

Tarix: 19 May 01:00    Oxunub: 351    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 İyun 2017
26 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.