"Dəyəri olan oyunçudu, hər komanda onu heyətinə qata bilməz"

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacaq Yaya Ture karyerasını İtaliya A seriyasında davam etdirə bilər. Sportinfo.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Dimitri Seluk İngiltərə mətbuatına açıqlamasında danışıb.

 

O, Turenin Çinə və ya Amerikaya yollanmayacağını deyib. Fil Dişi Sahili millisinin sabiq üzvünün “Mançester Siti”ylə müqavilə müddəti mövsümün sonunda başa çatacaq: “İtaliya Yaya Turenin oynamaq istədiyi ölkədi. A seriyası çox yüksək səviyyəli çempionatdı. Hələ ki, hansısa klubla görüşməmişik, təklifləri gözləyirik.

 

İlk növbədə təkliflərlə tanış olmalıyıq. Yaya müəyyən dəyəri olan oyunçudu, hər komanda onu heyətinə cəlb edə bilməz. Onu sadəcə böyük komandalar transfer edə bilər. Məsələn, Almaniyada yalnız “Bavariya” onu transfer edə bilər. Çin və ya Amerika klublarıyla görüşmək istəmirik. Yaya karyerasına Avropada davam edəcək”.

Tarix: 19 May 00:46    Oxunub: 227    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

12 Dekabr 2017
11 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.