“Səbail”də legioner olmayacaq!

Növbəti mövsümdə premyer-liqada mübarizə aparacağı dəqiqləşən “Səbail”də nəyin necə olacağını bilən yoxdu. Baş məşqçi postuna Samir Əliyev gətirilib, köməkçiləri də məlumdu. Kluba rəhbərlik edəcək şəxslərin birbaşa Rövnəq Abdullayevə yaxın adamlar olacağı isə çoxdan məlumdu. Qeyri-müəyyənlik futbolçu seçimi və heyət ilə bağlıdı.

 

Belə ki, baş məşqçinin seçim imkanı olduqca məhddudu. Futbolçulara ayrılan maaş büdcəsi Samir bəyə istədiyini etməyə imkan vermir. Yüksək yox, heç orta səviyyəli yerli futbolçuların keçidini həll etmək mümkün deyil. Məsələn, aylıq 5-7 min manat tələb edən oyunçuya ilk danışıqdan “sağ ol” deyib söhbəti bağlayırlar. Legioner sözünü dilə gətirməyə dəyməz.

 

Normal maaş olmadığına görə Əliyevin 3-5 minlik əcnəbilərin gəlməsinə qarşı olduğu deyilir. Elələrindənsə, yerli gənclərə şans verməyi məqsədəuyğun sayır. Bir sözlə, növbəti mövsümdə elitada çıxış edəcək “Səbail”in iddiası sponsorlarının adına uyğun olmayacaq. Məqsəd azərbaycanlı futbolçulara təcrübə qazandırıb, üzə çıxarmaqdı. Bayıl təmsilçisi heyət baxımından “Zirə”, “Kəpəz”, hətta “Sumqayıt”dan geri qalacaq, bu dəqiqdi.


Deyilənlərin nə dərəcədə doğru olduğuna əmin olmaq üçün Samir Əliyevlə əlaqə saxladıq (Futbol+). Baş məşqçi informasiyamızı təsdiq etdi: “Büdcəmiz elə də böyük olmayacaq. İlk mövsümdə qarşımızda duran hədəf əsasən gənclərə şans qazandırmaqdı. Hər halda, bu il üçün belə olacaq, sonrasına baxarıq.

 

Belə vəziyyətdə legioner gətirmək mümkünsüzdü. Əlbəttə, bir neçə təcrübəli əcnəbiyə ehtiyac var. Amma normal legioner təklif etdiyimiz pula gəlməz. Ona görə də əsas diqqəti öz uşaqlarımıza ayıracağıq. Əsasən də gənclərə. Çünki təcrübəlilər də normal əməkhaqqı istəyir. Hələ vaxt var, görək neynirik, kimlərlə anlaşa bilirik”.

Tarix: 19 May 00:34    Oxunub: 497    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.