Azərbaycan İslamiadanı 9 medalla başa vurdu - taekvondo üzrə

Azərbaycan taekvondoçuları "Bakı 2015" I Avropa Oyunlarını 9 medalla başa vurublar. Sportinfo.az xəbər verir ki, sonuncu yarış günündə daha 2 medal əldə olunub. Bürünc medal əldə edən Məhəmməd Məmmədovun (63 kq) ardından Ramin Əzizov (87 kq) qızıl medala yiyələnib. Əzizov finalda iranlı Əhməd Məhəmmədini yenib - 16:14.

 

Beləliklə, Azərbaycan taekvondoçuları günü 1 qızıl, 1 bürünc medalla başa vurublar. Əvvəlki yarış günlərində kişilərdən Ayxan Tağızadə (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və olimpiya çempionu Radik İsayev (+87 kq) qızıl, Qaşım Maqomedov (54 kq) gümüş, qadınlardan isə Patimat Abakarova (49 kq) və Yaprak Eriş (57 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş medal əldə edib.

Tarix: 19 May 00:16    Oxunub: 51    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.