Futbol millimiz İslamiadanın finalında Omanla üz-üzə gələcək

İslamiadanın finalçılarının adları məlumdu. Sportinfo.az xəbər verir ki, U-23 millimiz həlledici görüşdə Omanla üz-üzə gələcək. A qrupunda mübarizəyə başlayan Yaşar Vahabzadənin komandası 3 görüşün 1-də qələbə qazanıb, 2-də isə heç-heçə edərək, yarımfinala adlamışdı.

 

Komandamız hər hissədə Əlcəzairə 1 qol vuraraq, çıxışını sürdürüb. Qollara “Neftçi”nin futbolçuları Ruslan Abışov və Məqsəd İsayev imza atıb. 

 

Digər yarımfinal görüşündə Kamerun və Oman üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığından, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub, daha dəqiq olan (4:3) omanlılar qələbə qazanıb. Beləliklə, mayın 21-də yığmamız ərəblərlə qarşılaşacaq. 

 

Tarix: 19 May 00:08    Oxunub: 246    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Avqust 2017
20 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.