Robert Prosineçki Rəşad Sadıqovla qətiyyən maraqlanmır!

İslamiadanın futbol turnirinin yarımfinalında üz-üzə gələn Azərbaycan və Əlcəzairin 23 yaşadək oyunçulardan ibarət yığmalarının oyununu izləyənlər arasında Robert Prosineçki də var idi. Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis hazırda təlim-məşq toplanışında olan əsas yığmamızın durumu ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
 

Millimizin Bakı toplanışı barədə nə deyə bilərsiz?
- Hələlik tam heyətlə hazırlaşa bilmirik. Hazırlığın ilk günlərindən razıyam. Komanda həvəslə məşq edir. Amma hazırlığın əsas mərhələsi Avstriyada baş tutacaq. Oraya artıq tam heyətlə yollanacağıq.

 

Millimiz orada iki yoxlama oyunu keçirməlidi, amma hələ rəqib tapa bilməmisiz...
- Bəli, iki yoxlama oyunu keçirmək istəyirik. Ümid həmişə var. Bu məsələni ən azından orada yerindəcə yoluna qoymağa çalışacağıq.

 

Heç kim millimizlə oynamaq istəmir, yoxsa sizin oynamaq istədiyiniz komanda yoxdu?
- Hər komanda ilə qarşılaşmaq istəmirik. Oynamaq istədiyimiz komandalar da Avstriyada olmayacaq. Bu il oraya az komanda gələcək.

 

Rəşad Sadıqovun zədəsi nə dərəcədə ciddidi?
- Deyə bilmərəm. Ümid edirəm ki, o da Avstriyada ümumi kollektivlə məşq edə biləcək.

 

Çempionatımız çox erkən bitdi. Bəzi oyunçular İslamiadada çıxış edir, bəziləri yenicə məşqlərə başlayır. Bu, Şimali İrlandiya ilə seçmə mərhələ oyunu öncəsi problem yarada bilər?
- Legionerlər öz çempionatlarında oynayırlar. "Qəbələ" və "Qarabağ" da mövsümü o qədər də tez bitirmədi. Buna görə də hansısa problem görmürəm.

 

U-23 millimizin İslamiadadakı çıxışını necə qiymətləndirərdiniz? Komandamız bu turnirin qalibi ola bilər?
- Hər şey ola bilər. Komanda heç də pis oynamır, mübarizə aparır. Əlcəzairlə oyunun da ilk yarısından razı qaldım. Finala çıxmaq çətin olacaq. Əlcəzair çox güclüdü.

 

Bəs sizin yetirmələriniz niyə Əlcəzairlə oyunu izləməyə gəlməyib?
- Planlarımızı korlamaq istəmədim. Onlar oyunu televizordan izləyirlər. 17:00-da isə məşqimiz var. Qoy istirahət etsinlər (futbolinfo).

Tarix: 18 May 17:12    Oxunub: 340    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.