“Kəpəz”də yeni adamlar

“Kəpəz”də yeni təyinatlar rəsmiləşib. Sportinfo.az kluba istinadən xəbər verir ki, Rəhman Əzizov “Kəpəz”in 13 yaşlılardan ibarət komandasının baş məşqçisi təyin olunub. Tanınmış uşaq futbol məşqçisi Konstantin Abramenkonun yetirməsi olan Əzizovun ilk peşəkar klubu “Kəpəz” olub.

 

Gəncə təmsilçisi ilə yanaşı, sabiq hücumçu “Qəbələ”, “Bakılı”, “Şəmkir” və digər komandalarda çıxış edib. 2014-cü ildə karyerasını başa vuran Rəhman Əzizov məşqçiliyə başlayıb və C kateqoriyasına malikdi. OŞ U-13 komandasında İbrahim Hüseynovu əvəzləyib. Sonuncu isə işini U-17 komandasında davam etdirəcək.

 

Ümumiyyətlə, Gəncə klubunda daha bir neçə dəyişiklik reallaşıb. Belə ki, 17 yaşlılardan ibarət kollektivin çalışdırıcısı Tofiq Məmmədov U-19-a köməkçi məşqçi, Fuad İsmayılov U-14 komandasına baş məşqçi təyin edilib. U-14-də işləmiş Tariyel Hüseynov isə aşağı yaş qrupları üzrə komandaların qapıçı məşqçisi olub.

Tarix: 7 Yanvar 16:24    Oxunub: 334    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.