Daha 3 futbolçu və 2 klub bu dələduzun qurbanı olub - DƏHŞƏT!

“Fənərbağça”nın hollandiyalı futbolçusu Qreqori Van Der Vilin Türkiyədə dələduzluğa məruz qalması barədə məlumat vermişdik. Belə ki, Türkiyə vətəndaşı Ümit Akbulut iş görmək adıyla futbolçunun 4,5 milyon avro pulunu mənimsəmişdi.

 

Van Der Vil bundan sonra polisə şikayət etmiş, qanun keşikçiləri isə Akbulutu həbs etmişdi. Sportinfo.az xəbər verir ki, hollandiyalı futbolçu Akbulutun ilk qurbanı deyil. Belə ki, o, bu ölkədə top qovmuş daha bir neçə futbolçuya pul “atıb”.

 

Yerli mətbuatda Akbulutun “Beşiktaş”ın sabiq futbolçuları Mario Qomes və Hüqo Almeyda, həmçinin “Qalatasaray”ın sabiq üzvü Nordin Amrabatın da pulunu mənimsədiyi qeyd edilib. Onun əhatə dairəsi təkcə futbolçulardan ibarət olmayıb. Belə ki, xəbərdə Akbulutun Livan və Taylandın iki futbol klubunu da aldatdığı vurğulanıb.

Tarix: 18 May 16:48    Oxunub: 244    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.