Sizin orda nə işiniz var axı?

UEFA bu mövsümdən etibarən milli və klub yarışlarında finaldan sonrakı təltifetmə və kubok təqdimetmə mərasimlərinin tribunada yox, yenidən meydançada keçirilməsiylə bağlı qərar verib.
 
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Avropanın ali futbol qurumunun saytı yayıb. UEFA prezidenti Aleksandr Çeferin bu qərarı belə əsaslandırıb:
 
“Meydança futbolçuların səhnəsidi və uğurlarını burda qeyd etməlidilər. Hazırda olduğu kimi, tribunaya çıxarkən azarkeşlərin müdaxiləsinə məruz qalmamalıdılar”.

 

UEFA-nın sabiq prezidenti Mişel Platininin quruma rəhbərlik etdiyi dövrdə təltifetmə mərasimlərinin onun futbolçu olduğu dövrdəki kimi, tribunada keçirilməsinə qərar verilmişdi.

Tarix: 18 May 21:00    Oxunub: 211    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.