"Onunla birgə çıxdığım hər oyundan, hər məşqdən həzz alıram"

PSJ-nin və Almaniya millisinin yarımmüdafiəçisi Yulian Draksler millidəki komanda yoldaşı Məsut Özili öz yanına çağırıb. Sportinfo.az xəbər verir ki, Draksler yerli mətbuata açıqlamasında millidəki komanda yoldaşının xüsusi oyunçu olduğunu, onunla bir klubda oynamaq istədiyini deyib:

 

“Onunla hər gün oynamaq istəyərəm. Mənim üçün o, möhtəşəm oyunçudu. Onunla birgə çıxdığım hər oyundan, hər məşqdən həzz alıram. Parisə gəlməsini istəyirəm. Dünyadakı hər komanda üçün lazımlı oyunçudu. Parisdə də həyatdan zövq alacağına inanıram”.

Tarix: 18 May 20:48    Oxunub: 234    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.