Ramiz Məmmədov təklif aldığı İran klubu ilə danışıqlara gedir!

Bu ilin əvvəlində Ukraynanın paytaxtı Kiyevdə UEFA-nın keçirdiyi seminarda "Pro" kateqoriyasını yeniləyən Ramiz Məmmədov ölkə xaricinə yollanmağa hazırlaşır. Sportinfo.az-ın məlumatına görə, təcrübəli mütəxssis İranın güclülər dəstəsindən (Azadi) təklif alıb.

 

Gələn dəvət üzərinə qonşu ölkəyə səfər edəcək baş məşqçi danışıqları yerində aparacaq və şərtlər üst-üstə düşərsə, yenidən Arazın o tayında çalışacaq. Vaxtilə "peykan" və "Peqah"da oynadığı futbolla yerli publikanın böyük sevgisini, "Damaş-Gilan"dakı fəaliyyəti ilə digər klub rəhbərlərinin də rəğbətini qazanan R.Məmmədovin 2011-2012-ci il aralığında Qazaxıstanda "Atırau"nun sükanı arxasında olduğunu da xatırladaq. Ümumiyyətlə, o, son illərdə Azərbaycandan kənara çıxmağı bacaran yeganə məşqçimizdi.

 

Tarix: 18 May 20:24    Oxunub: 545    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.