Azərbaycan yunan-Roma güləşçiləri 3 qızıl medal qazandı

Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən yunan-Roma güləşçisi İslam Abbasov qızıl medal qazanıb. Sportinfo.az xəbər verir ki, 85 kq çəki dərəcəsində çıxış edən Abbasov finalda türkiyəli Ali Cengizə qalib gəlib. Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri İslamiadada 3-cü qızıl medala yiyələniblər. 


Elvin Mürsəliyev qızıl medal qazanıb. 75 kq çəki dərəcəsində çıxış edən Mürsəliyev finalda türkiyəli Furkan Bayrakı yenib -Kamran Məmmədov qızıl medal qazanıb.  66 kq çəki dərəcəsində çıxış edən Məmmədov finalda qırğızıstanlı Kanat Kulıbayevi vaxtından əvvəl tam üstünlüklə yenib - 7:0. 


66 kq
Final. Kamran Məmmədov - Kanat Kyılıbayev (Qırğızıstan)
1/2 final. Kamran Məmmədov - Mirzobek Raxmatov (Özbəkistan) - 3:0
1/4 final. Kamran Məmmədov - Mehdi Zeydvand (İran) - 6:0


75 kq
Final. Elvin Mürsəliyev - Furkan Bayrak (Türkiyə)
1/2 final. Elvin Mürsəliyev - Kayratbek Tuqolbayev (Qırğızıstan) - 3:2
1/4 final. Elvin Mürsəliyev - Rəsul Qarmsiri (İran) - 6:1


85 kq
Final. İslam Abbasov - Ali Cengiz (Türkiyə)
1/2 final. İslam Abbasov - Azat Beyşebekov (Qırğızıstan) - 3:1
1/4 final. İslam Abbasov - Mahdi Fallah Hamidabadi (İran) - 2:1


130 kq
Bürünc medal görüşü: Sabah Şəriəti - Raja Alkrad (Suriya)
1/2 final. Sabah Şəriəti - Miminjon Abdullayev (Özbəkistan) - 0:4
1/4 final. Sabah Şəriəti - Musab Akram Xan (Pakistan) - 9:0 (vaxtından əvvəl tam üstünlüklə)

Tarix: 18 May 20:00    Oxunub: 114    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.