“Barselona”nın futbolçuları bu baş məşqçinin təyinatına “hə” deyir

“Barselona”nın futbolçuları Ernesto Valverdenin baş məşqçi postuna gətirilməsinin tərəfdarıdılar. Sportinfo.az xəbər verir ki, Valverde “Atletik”dən ayrılacağını bəyan edib. Mətbuatda isə onun “Barsa” ilə anlaşdığı barədə məlumat yayılıb. Bu məsələ “Barselona”nın futbolçuları arasında müzakirə edilib.

 

İspaniya mətbuatının yazdığına görə, futbolçulardan heç kim bu təyinata qarşı çıxmayıb. Mövsümün sonunda “Barsa”nın baş məşqçi postunu tərk edəcək Luis Enrikenin yerinə onun köməkçisi Xuan Karlos Unsue də namizəddi. Ancaq onun komandanın aparıcı üzvü Neymarla münasibətlərinin gərgin olduğu bildirilir.

Tarix: 18 May 16:00    Oxunub: 235    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.