"Divizionun növbəti çempionu "Qaradağ Lökbatan" olmalıdı"

"Komandamız yaşacaq. Tovuzdakı oyunda qarşılaşdığımız hakim qərəzinə görə hamımız pis olmuşduq. Gözümüz görə-görə bürünc medalları əlimizdən alıb, başqasına verdilər. Bu hadisəni unutmaq çətindi. Ancaq yenə də çalışırıq ki, toparlanaq və daha da güclü olaq".

 

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qvaradağ Lökbatan"ın prezidenti Tahir Mustafayev deyib. I Divizionda mövsümü 4-cü pillədə başa vuran qəsəbə klubu gələn aydan növbəti "futbol ili"nin hazırlığına start verəcək. Çətin günləri arxada qoyan QL-ın iddiası çox ciddidi: çempionluq uğrunda mübarizənin favoriti olmaq.


T.Mustafayevin bildirdiyinə görə, komandanı yeni sezona Azər Bağırovun hazırlayıb-hazırlamayacağına yaxın günlərdə aydınlıq gələcək: "O, baş məşqçi polstuna ötən mövsümün ortasında gəldi və qarşısına məqsəd qoyuldu ki, ilk "üçlüy"ə düşmək lazımdı. Bağırov 7-ci pillədə təhvil aldığı komandanı həmin yerə gətirib çıxardı. Həqiqətən qısa müddətdə çox iş gördü. Son turadək üçüncü pillədə idik. Hakim Tovuzda bizi uduzdurmasaydı, "bürünc"ü heç kimə verən deyildik.

 

Mən hakimlərlə yanaşı, öz futbolçularımı da qınayıram. Gərək bürünc medalın taleyini son tura saxlamazdılar. Bunadək üçüncü yeri özümüzə təmin edib, Tovuza rahat yollana bilədik. Öz aramızda olan söhbətdə də bu məqamı baş məşqçinin nəzərinə çatdırmışam. Yaxın günlərdə bir də görüşməliyik, Yeni mövsümlə bağlı planlarımızdan onu xəbərdar edəcəyik. Bəlkə Azər müəllimin də öz şərti, fikri və bpşqa istəkləri var? Onu da dinləməliyik.

 

Fikirlərimiz üst-üstə düşsə, ondan transfer siyahısını alıb, bu istiqamətdə işə başlayacağıq. Hələlik hansı futbolçuları komandadan kənarlaşdırmaq istədiyini bilmirik. Gözaltı etdiyimiz bəzi futbolçular var, onlarla tezliklə danışıqlara başlayacağıq. Adətən, çempionat başa çatan kimi hamı istirahətə çəkilir, arada 1-2 ay boşa gedir. Bu dəfə belə etməyəcəyik.

 

Daha tez yığışacaq və bir neçə mərhələdən ibarət təlim-məşq toplanışı keçəcəyik. Toplanışın ölkə daxilində, yoxsa xaricdə keçəcəyimiz qarşıdakı günlərdə dəqiqləşəcək. Məqsədi özümüz üçün müəyyənləşdirmişik - "Qaradağ Lökbatan" divizionda çempion olmalıdı. İstəyirik ki, çempionatda yer tutaq, sonra AFFA-dan bizi Premyer Liqaya buraxmasını tələb edək".

Tarix: 18 May 19:36    Oxunub: 824    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Avqust 2017
20 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.