"Premyer Liqada çempionluq uğrunda mübarizə apara bilmirik"

“Arsenal”ın hücumçusu Aleksis Sançes komandasının cari mövsümkü çıxışı barədə danışıb. Sportinfo.az xəbər verir ki, çilili futbolçu İngiltərə mətbuatına açıqlamasında “topçular”ın cari mövsümkü çıxışından narazı qaldığını deyib. O, komandasının çempionluq uğrunda mübarizədən kənarda qalmasının onda təəssüf hissi yaratdığını bildirib:

 

“Premyer Liqada çempionluq uğrunda mübarizə apara bilməməyimiz məndə təəssüf hissi doğurdu. Həmişə yaxşı oyunçularımız olduğunu deyirəm. Sadəcə, psixoloji hazırlıq baxımından uduzduğumuzu düşünürəm. Böyük oyunçuda olması gərəkən əsas xüsusiyyət də psixoloji hazırlıqdı. Meydana hər çıxdığın zaman yalnız qələbə barədə düşünməlisən”.

 

Gələn il “Arsenal”la müqavilə müddəti bitməsinə rəğmən, hələ də yeni anlaşma imzalamayan Sançes, cari mövsümdə şans qazandığı 49 oyunda 28 qol vurub. London klubu Premyer Liqanın bitiminə bir tur qalmış 72 xalla 5-ci pillədə qərarlaşıb.

Tarix: 18 May 19:24    Oxunub: 211    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.