Ronaldonu niyə qovmurlar?

“Selta”nın baş məşqçisi Ernesto Maruççi “Real”la oyundan sonra (1:4) hakimin idarəçiliyinə münasibət bildirib. Sportinfo.az xəbər verir ki, qarşılaşmanın baş hakimi “Selta”nın hücumçusu Yaqo Aspası simulyasiyaya görə meydandan qovub.

 

Ancaq bir çoxu həmin epizodda Serxio Ramosun hücumçuya qarşı kobudluq etdiyi qənaətindədi. Bu epizoda görə 4-cü hakimlə mübahisə edən Maruççi özü də meydandan qovulub. O, məsələyə belə münasibət bildirib:

 

“Aspası meydandan qovurlarsa, onda eyni hərəkətə görə Ronaldonu niyə qovmurlar? Mən yalnız bu məsələ ilə bağlı hakimə narazılığımı bildirdim. Ola bilsin ki, bunu bir qədər emosional tərzdə bildirmişəm.

 

Yenə də sual verirəm, niyə bir futbolçuya simulyasiyaya görə sarı vərəqə göstərirlər, amma üstündən iki dəqiqə keçməmiş eyni hərəkətə yol verən başqa bir futbolçu cəzalanmır?”.

Tarix: 18 May 15:24    Oxunub: 197    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2017
22 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.