Azərbaycan stolüstü tennis növündə ilk medalı özünə təmin etdi

Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın stolüstü tennisçilər yarımfinala yüksəliblər. Sportinfo.az xəbər verir ki, Miao Vanq 1/4 finalda iranlı Maryam Samatı üstələyib - 4:0. Jinq Ninq isə eyni hesabla fələstinli Diana Assini yenib.


Yarımfinalda Vanq Türkiyəni təmsil edən Melek Hu ilə, Ninq isə iranlı Neda Şahsuvari ilə qarşılaşacaq. Görüşlər mayın 19-da olacaq. Nəticədən asılı olmayaraq, Azərbaycanın ən azı bir stolüstü tennisçisi medalı təmin edib.


Kişilərin mübarizəsində də Azərbaycan təmsilçisi Xinhanq Yu 1/4 final görüşünə çıxacaq. Rəqib iranlı Nima Deronkolayi Alamiyan olacaq.

Tarix: 18 May 15:12    Oxunub: 138    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2017
22 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.