Türk baş məşqçi yığmamızın hücumçusunu öz yanına aparır

"Bursaspor"un əsas komandasından uzaqlaşdırılan millimizin üzvü Dəniz Yılmaz təklif alıb. Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində Superliqada mübarizə aparan "Osmanlıspor" maraqlıdır.

 

Türkiyə mətbuatının yaydığı xəbərə görə, mövsümün əvvəlində "Bursaspor"un sükanı arxasında olan, hazırda isə "Osmanlıspor"da çalışan Hamza Hamzaoğlu forvardı yenidən rəhbərliyi altında görmək istəyir.
 
Klubun yaxın günlərdə Dəniz Yılmaza görə "Bursaspor"a müraciət edəcəyi gözlənilir. Əgər tərəflər arasında razılıq əldə olunsa, Dəniz gələn mövsümdən "Osmanlıspor"un formasını geyinəcək. 
 
Dəniz Yılmazın "Bursaspor"la müqaviləsi gələn mövsümün sonunda başa çatacaq. Hücumçu cari mövsüm ərzində 19 matçda forma geyinib və 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

 

Tarix: 18 May 19:00    Oxunub: 555    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2017
22 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.