Ruslan vurdu, millimiz İslamiadanın final Məqsədinə çatdı

IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının yarımfinal oyunları keçirilir. Sportinfo.az-ın məlumatına görə, U-23 millimiz adını artıq finala yazdırıb. Qrupda aktivinə 5 xal yazdıran və qapısında top görməyən yığmamız digər qrupun lideri Əlcəzairi sınağa çəkib. 
 
Komandamız hər hissədə bir qol vuraraq, yoluna davam edib. Ev sahiblərinin qollarına “Neftçi”nin futbolçuları Ruslan Abışov və Məqsəd İsayev imza atıblar. İslamiadada hələ də qapısının toxunulmazlığını qoruyan millimiz mayın 21-də final qarşılaşmasına çıxacaq. Həlledici görüşdəki rəqib Kamerun – Oman cütünün qalibi olacaq.
 

Azərbaycan - Əlcəzair 2:0
Qollar: R.Abışov, 39 (1:0). M.İsayev, 58 (2:0).
Hakimlər: Nikolay Balakin, Vladimir Vısotski, Viktor Matyaş, Vitali Romanov (hamısı Ukrayna).
Bakı. "Dalğa Arena".

 

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 19. Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev. 
Ehtiyat oyunçular: 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 10. Orxan Əliyev, 12. Tərlan Əhmədli, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 16. Elvin Camalov, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 22. Emil Balayev, 23. Fəhmin Muradbəyli.
Baş məşqçi: Yaşar Vahabzadə.


Əlcəzair: 1. Chamseddine Rahmani (k), 6. Abdelghani Bouzidi, 7. Mohamed Naofuel Khacef, 8. Ahmed Gagaa, 9. Youcef Douar, 10. Abderrahim Hamra, 11. MHammed Merouani, 13. Zakaria Naidji, 15. İsmail Saadi, 17. Farid El Melali, 21. Tayeb Meziani. 
Ehtiyat oyunçular: 2. Aymen Attou, 3. Hamza Mouali, 4. Maher Azzouz, 14. İlyes Yaiche, 16. Zakaria Bouhalfaya, 18. Youcef Bechou, 20. Abdelraouf Benguit, 22. Laid Ouaji, 23. Abdelmoumene Sifour.
Baş məşqçi: Chafik Ameur.

Tarix: 18 May 14:48    Oxunub: 183    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.