“Beşiktaş”ın gözü Kenandadı

Növbəti mövsümə daha geniş heyətlə başlamaq istəyən “Beşiktaş” transfer çalışmalarına start verib. Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəş yarımmüdafiənin sol cinahında Rayan Babellə rəqabət aparmaq üçün yeni futbolçu transfer etməyi planlaşdırır. 

 

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, “qartallar” Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Hannover”in yarımmüdafiəçisi Kenan Karamanla anlaşıb. Xəbərdə “Beşiktaş”ın 23 yaşlı türk əsilli almaniyalı futbolçuyla ilkin razılıq əldə etdiyi, bir neçə gün ərzində rəsmi müqavilə bağlanacağı qeyd edilib. Karaman 2-ci Bundesliqanın cari mövsümündə 30 oyunda şans qazanıb, 6 qola imza atıb.

Tarix: 18 May 18:36    Oxunub: 263    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.