"Mən kürəyimdən 1 güllə yarası almışam" - Azərbaycanlı çempion

Tanınmış idmançı, kikboksinq üzrə dünya, uşu üzrə Avropa çempionu Eldar Əlizadə Türkiyənin Kastamonu şəhərində yaralanmasından danışıb. Sportinfo.az xəbər verir ki, hazırda reanimasiyada olan yığmamızın üzvü baş verənlərin mətbuatda olduğu kimi yazılmadığını bildirib:

 

“Deyildiyi kimi, hadisə yerində 6ı yox, 4 nəfər olub. İki nəfər biz, iki nəfər isə qarşı tərəf. Bələdiyyə başqanı Tahsin Babaş orda olmayıb. Mən burda həm təhsil alıram, həm də bələdiyyə başqanının mühafizəçisi olaraq çalışıram. Qarşı tərəfdən də iki nəfər yaralanıb. Mən kürəyimdən bir güllə yarası almışam”.


O, hadisəni belə xatırladığını bildirib: “Başqan və mühafizəçilər barədə mediada xoşagəlməz məlumatlar paylaşmışdılar. Biz də bildirdik ki, xoşluqla həmin məlumatları çıxarın. Onlar isə üstümüzə silahla gəldilər və biz də məcbur olub atışdıq. Sıxışıq bir yerdə atışma oldu. Atışma zamanı 30 güllə atılıb. Mən silahsız idim. Şükür ki, dinc sakinlərdən yaralanan olmadı”.

Tarix: 18 May 18:12    Oxunub: 250    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.