Kərbəlayi Çələbiyevə uduzdu

IV İslam Həmrəyliyi Oyunlarında boks üzrə final döyüşlərinə start verilib. Sportinfo.az-ın məlumatına görə, əvvəlcə rinqə 60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev çıxıb. O, iraqlı Ammar Kərbəlayi ilə qarşılaşıb. 3 raundluq döyüşün sonunda hakimlər yekdilliklə Çələbiyevi qalib elan ediblər. 


Bu gün Azərbaycanın daha 5 boksçusu final görüşünə çıxacaq.  Boks növündə Azərbaycana ilk medalı 56 kq çəki dərəcəsində yarışan Tayfur Əliyev qazandırıb. O, bürünc medalla kifayətlənib. Cavid Çələbiyev İslamiadada 101-ci medalı, o cümlədən, 51-ci "qızıl"ı rəsmiləşdirib. 


Final
60 kq. Cavid Çələbiyev - Ammar Kərbəlayi (İraq)
69 kq. Tamerlan Abdullayev - Bobo-Usmon Baturov (Özbəkistan)
75 kq. Kamran Şahsuvarlı - Tursınbay Kulahmet (Qazaxıstan)
81 kq. Rauf Rəhimov - Arslanbek Açilov (Türkmənistan)
91 kq. Teymur Məmmədov - Burak Akşin (Türkiyə)
+91 kq. Məhəmmədrəsul Məcidov - Manaf Asad (Suriya)
Bakı Kristal Zalı-2

Tarix: 18 May 17:48    Oxunub: 120    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.