"Heç bir razılığa gəlməmişik”

Ardıcıl 4 il çempion olduqdan sonra bu il titulunu “Monako”ya təhvil verən PSJ rəhbərliyi klubun idarə heyətində bir neçə dəyişiklik etməyi planlaşdırır. 2010-cu ildə futbolçu karyerasını sonlandıran Maldini, həmin vaxtdan hələ ki, futbol sahəsində çalışmayıb.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Fransa mətbuatı yayıb. Xəbərdə Paris klubunun rəhbərliyinin klubun idarə heyətinə “Milan”ın və İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldinini gətirməyi planlaşdırdığı qeyd edilib.

 

48 yaşlı sabiq müdafiəçi yerli mətbuata açıqlamasında paytaxt klubunun prezidenti Nasser Əl-Xəlafiylə görüşdüyünü təsdiqləyib: “Prezident Nasserlə dəfələrlə görüşmüşük. Komandanın bir neçə oyununu da izləmişəm. Ancaq hələ ki, heç bir razılığa gəlməmişik”.

Tarix: 18 May 17:36    Oxunub: 194    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.