“Pulyığan idim, “bir nizami” qışqırırdım” - Ağayevdən etiraflar

Hazırda ondan avtoqraf almaq üçün dünya və Avropa çempionatlarında növbəyə düzülürlər. Azərbaycanın tanınmış karate ustası Rafael Ağayev kasıb olduğu və heç kimin onu tanımadığı keçmiş günlərindən utanmadığını bildirib.

 

Sportinfo.az xəbər verir ki, Rafael Ağayev keçmişini xatırlayaraq deyib: “Utanmıram və açıq deyirəm: uşaqlıqda avtobusda konduktor işləyirdim. O zaman qəbul olunduğu kimi, “bir nizami” qışqırırdım”.

 

“İndi hər şey qaydasındadır. Evim var. Qardaşıma da ev almışam.., – idmançı bildirib. – Mən çox az sayda yaxın qohumumla əlaqə saxlayıram. Digərlərindən kənar gəzirəm. Xasiyyətim belədir. Çempion olmadığım vaxtlar qapımı döymürdülər”.

Tarix: 18 May 15:00    Oxunub: 437    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.