Ağdamda dəhşətli ölüm: İdmançı gənc vitamindən öldü

Ağdam rayon sakini "protein" vitamini qəbul etməsi nəticəsində dünyasını dəyişib. Sportinfo.az xəbər verir ki, Dörd yol - 2 qəsəbəsində yaşayan, Ağdam rayon Güllücə kəndindən məcbur köçkün, 1983-cü il təvəllüdlü Sabir İbrahimov qəflətən səhhətinin kəskin pisləşməsi nəticəsində Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

 

Həkimlərin müayinəsi nəticəsində məlum olub ki, xəstənin iç orqanları - ciyəri və böyrəkləri tam sıradan çıxıb. Həkimləri səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olamayıb. S.İbrahimov uzun müddət imiş ki, bodibildinq (kulturizm) idman növüylə məşğul imiş.

 

O, məşq elədiyi zalın təklif elədiyi "Protein" vitamini qəbul edirmiş. Onun iç orqanlarının sıradan çıxmasına səbəb məhz mütamadi şəkildə qəbul etdiyi "Protein" vitamini olub. Mərhum rayon əhalisi arasında öz vətənpərvəliyi ilə xüsusi seçilən gənclərdən olub. Ailəli idi. Ondan 2 azyaşlı qız övladı yadigar qalıb. 

Tarix: 18 May 17:24    Oxunub: 510    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.