"Üzümə desinlər, işimi bilim - Uzun görüş yox, iki dəqiqəlik olsun”

“Real”ın hücumçusu Kərim Benzema Fransa yığmasının baş məşqçisi Didye Deşamla görüş tələb edib. Sportinfo.az xəbər verir ki, Əlcəzair əsilli forvard belə deyib: “İndi yığmada oynamayacağımı elan etməkdən asan nə var ki? Arxamca danışılanları eşitməkdən yorulmuşam.

 

Yığma karyeramı bitirdiyimi açıqlasam, sevinənlər çox olacaq. Fransa millisində oynamaq istəyirəm. Çağırsalar, xoşbəxt olaram. Pis budu ki, məni 2 yox, 82 dəfə yığmadan kənarda qoyublar. Artıq Deşam ortaya çıxmalı və niyəsini söyləməlidi. Üzümə desinlər, işimi bilim. Uzun görüş istəmirəm. Lap iki dəqiqəlik olsun”.

Tarix: 18 May 14:24    Oxunub: 193    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2017
22 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.